Salam, dostlar. Bu hesabdan zaman-zaman dəyərli bildiyimiz məlumatları paylaşmaq istəyirik. Düzü, bilmirik bunu nə qədər mütəmadi edə biləcəyik. Yeni məlumat portalınız mənəm. Üfüqlərinizi bizimlə genişləndirin.
Sizlər üçün maraqlı olacaq bir mövzu.
Uşaq bağçaları
Məktəbəqədər təhsil müəssisələri niyə "uşaq bağçaları" adlanır?
1837-ci ildə alman pedaqoq Fridrix Voebel kiçik uşaqlar üçün "uşaq bağçası" mənasını verən oynaya, mahnı oxuya, rəqs edə və vacib həyat bacarıqlarını öyrənə biləcəkləri bir təhsil müəssisəsi açdı. Voebel bu konsepsiya vasitəsi ilə bu cür qurumlarla adi bağlar arasında bir bənzətmə aparmaq istədi: bitkilərə necə qulluq edilirsə, uşaqlara da qayğı göstərilməli və onlara da elə qulluq olunmalıdır. Bu gün məktəbəqədər müəssisələr dünyanın bir çox dillərində uşaq bağçaları adlanır.
Diqqətimi çəkən digər bir məqam isə bəzi böyük ictimai obyektlərə bu cür uşaq bağçalarına bənzər yerlərin təşkil olunmasıdır. Məsələn, ASAN xidmət yerlərində valideynlərin sənəd-sünəd hazırlarkən uşaqlarının əyləncəli vaxt keçirməsidir.
Bu yerə daxil olarkən uşağın ad və famiyasını yazırlar, iş bitəndən sonra gəlib təhvil alırsan. Bu işi həvəslə yerinə yetirən işçilər "ASAN könüllülər"dir. Bu "könüllü" məsələsi də bir başqa mövzudur. Gələn yazıda bunun haqqında yazmaq olar.