Xosbextlik nedir🤔

in hive-131355 •  2 years ago 

pexels-photo-5717583.jpeg

Sizə bir sual vermək istəyirəm🤔 Sizə görə xoşbəxtlik nədir?

Xoşbəxtlik üçün ilk öncə gözləntilərinizi azaltmalısız. Əgər nəyisə edib ilk öncədən möhtəşəm nəticələr gözləyirsizsə düzgün etmirsiz❌ Əgər bir ideyanız alınmadısa alternativ yollar axtarmağı bacarmalısız✨ Çünki axı siz bunu əvvəl axır hansı yolla olursa olsun bacarmalısız!🥺 Axı sizə nə qədər çətin olsa da bacarmalısız!💫 Mümkünsüz deyil heç nə! Deyil! Deyil! Deyil! Hansı gündür bilmirəm amma bir gün bacarmalıyam deyin!🥺 Bacarmalıyam deyin... Bacarmalıyam... Bəli! Bacarmalıyam! Bilirsiz xoşbəxtlik hardadır? Xoşbəxtlik zəngin evdə deyil!Xoşbəxtlik milyonlarda deyil! Xoşbəxtlik sizin içinizdədir... Içinizdə... Tamammı? Içinizdə... Bəlkə də deyəcəksiz problemim çoxdur axı, necə xoşbəxt olum? Bilirsiz mən nədə xoşbəxt oluram? Kiməsə yaxşılıq edəndə...Bilirsiz mən nə vaxt xoşbəxt olacam? Allahın istədiyi kimi yaşayanda🤲🏻 Mən də buna çalışıram. Bəlkə də əsl xoşbəxtliyin nə olduğunu bilmirsiz. Əgər eviniz varsa, geyməyə geyiminiz, yeməyə yeməyiniz varsa, sağlamsızsa və əgər bunlardan biri də belə sizdə varsa siz xoşbəxtliyi tapa bilərsiz. Çünki bunların birini də tapmayan insanlar var🥺
Mən sizə israrla bir kitabı oxumağı tələb edirəm. Bu kitabı oxusanız əsl xoşbəxtliyin nə olduğunu anlayacaqsız.
📚 Conatan Brayn " Göz yaza bilər"
Bu kitab bir insanın həyatından bəhs edir. Hansı ki, o insan (onun dili ilə) Tanrının bağında yaşamağı arzulayırdı... Həyatındakı çətinlikləri isə sözlə demək çətindir...🥺 Mən oxuyarkən ağlamışdım. Çox təsirlidir😥 Amma tam ətraflı məlumatı kitabı oxusanız biləcəksiz. Sizə əsl xoşbəxtliyi anlamağı arzu edirəm💙

pexels-photo-15918342.jpeg
[seklin postu] (https://www.pexels.com/tr-tr/fotograf/deniz-kabuklari-ve-ciceklerle-balmumu-petek-5913369/)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!