Praqmatizm nədir?
Praqmatizm müasir Qərb fəlsəfəsinə aid olub 20-ci əsrin geniş yayılmış fəlsəfi cərəyanıdır. Bu cərəyanın ilk dəfə Amerika Birləşmiş Ştatlarında yarandığı deyilir. Adını tələffüz etmək çətin olsa da, Çarlz Pirs tərəfindən əsası qoyulmuşdu. Praqmatizm demək olar işdən, əməldən, ideyadan danışır. Tam anlamı ilə başa düşməsəm də sadəcə oxumaqla kifayətlənirəm.
Praqmatistlər düşünür ki "təfəkkür insana bilik vermir, ona yalnız çətin vəziyyətdən çıxmaq üçün uğur qazanmaq bacarığını öyrədir." Düşünürlər ki, əgər ideya uğur qazanmağa köməy edirsə o yaxşıdır, yox əgər ideya uğur qazanmağa köməy etmirsə o pisdir, yəni səhvdir. Məncə də düz deyirlər. Deyilənləri tam başa düşmədiyimi nəzərə alsaq, hələ çox şeylə razılaşacam. 😄