Salam, Steemit Azərbaycan ailəsi.. Axşamınız xeyir.. Biraz gec olsa da adətən qalmayım necəsiniz?))
Bir gün daha bitdi. Bu gün uzun keçdi sanki. Səhərə çox erkən başladığım üçün gün verimli olur mənə görə. Bu gün hava səhərdən dumanlı idi sonra qoxusu insana həyat verən yaz yağışı yağdı.
Hava o qədər təmiz, nəmli idi ki adama ləzzət edirdi. Yağış yağdı mı adətimdən qalmamaq üçün mütləq şəkil çəkirəm. Hətta paylaşmasam belə. Artıq vərdişə çevrilib.
Yağış yağdığı üçün planlar dəyişdi və bütün gün evdə oldum. Sonra biraz şeir oxudum. Birini paylaşım. Çoxlarının əzbər bildiyi bir şeirdir. Qabilin "səhv düşəndə yerimiz" şeiri.. Daha çox xoşuma gələn və daha çox tanınan şairlərdən yazsam da yeni, adını belə ilk dəfə gördüyüm bir çox şairlərin şeirlərini də sevirəm və həyəcanla oxuyuram. Bir gün ən sevdiklərimi sizlərlə paylaşacam.
Səhv düşəndə yerimiz..
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda,
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Dediyim kimi günə erkən başladığım üçün bir çox işi rahatlıqla edə bilirəm. Bu gün şirniyyat hazırladım. Dadı da yaxşı oldu deyə bilərəm.))
Hazırlanma qaydasını yazmayacam uzundu və tərkibinə çox şey gedir.)
Bele dəyərli oxucular.. Oxuduğunuz üçün minnətdaram.. Özünüzə yaxşı baxın.. ❤️