Salam, Steemit ailəsi.. Axşamınız xeyir .. Necəsiniz?
Uzun zaman olur ki, artıq post paylaşmıram. Biraz vaxtımın olmamağından biraz da həyatımda baş verənlərlə bağlı. Bu gün isə yazmaq istədim.
Müqəddəs Ramazan ayı da gəlib çatdı. Arylq səkkizinci oruc tutuldu bu gün. Mən səhhətimlə bağlı oruc tuta bilməsəm də evdəkilər tuturlar. Mən sadəcə oruc tutanlara yemək hazırlayıram. Ramazan ayında oruc tutanların sayı ildən ilə artır. Bəzi insanlar namaz qılmasa belə orucların hamısı tuturlar. Mən birlikdə açılan orucları çox sevirəm. Həmişə evimizdə olanda anam oruc tutanları qonaq çağırardı və uzun bir süfrə açılardı. O süfrədə o qədər maraqlı söhbətlər olardı ki..
Son bir neçə ildir ki Ramazan ayını ailəmdən uzaqda oluram. Ancaq anamın adətini davam etdirməyə çalışıram. Həm bir şeylər hazırlayıb qonaq çağırıram həm də qonaq gedirəm. Birlikdə olunan dualar daha tez qəbul olunur kimi bir inanc var məndə. Oruc açıldıqdan sonra birlikdə qılınan namaz, oxunan quran, dini söhbətlər hər zaman xoş gəlib mənə.
Bu gün evdə deyil çöldə açdıq orucumuzu. Düzü mən oruc deyildim sadəcə yoldaşlıq edirdim.
Bele dəyərli oxucular.. Allah tutduğunuz orucları, etdiyiniz duaları, verdiyiniz. sədəqələri qəbul etsin inşallah. Oxuduğunuz üçün minnətdaram.. Özünüzə yaxşı baxın.
Amin, inşallah. Süfrəniz həmişə belə bol-bərəkətli olsun.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağ olun. ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit