Rəssam şagirdinə "sən artıq rəssam oldun, artıq sənin çəkdiyin şəkli xalq dəyərləndirəcək" deyib və şəkli şəhərən mən çox olan meydanına götürməsini və ən görünən yerə asmasın istəmiş. Yanına da qırmızı bir qələm qoyaraq xalqdan bəyənmədikləri yerlərə işarə qoymasını və yaxud düzəliş etməsini xahiş edən bir yazı yazmasını tövsiyə etmiş. Şagir müəllimin dediyi kimi etmiş və bir neçə gün sonra çəkdiyi şəklə hansı düzəlişlər olub olmadığını görmk üçün baxmağa getmiş.
Gedib nə görsə yaxşıdır... Şəkli qırmızı düzəlişlərdən demək olar ki görünmürmüş. Çox pis olmuşdu. Əmək və sevgi ilə çəkdiyi rəsm əsəri qarşısında qırmızı divar kimi görünürmüş. Çox keçmədən müəllimi Ranga Gurunun yanına gedir, şəklini göstərərə vəziyyəti danışır. Ranga Quru isə, pis olmamasını, eyni şəkli təkrar çəkməsini söyləyir. Tələbə yenə şəkli çəkir, və yenə Ranga Gurunun fikrini almağa gedir. Ranga Guru yenə şəhərin ən çox adam olan yerindən asmasını istəmiş. amma bu dəfə yanına fərqli fərqli boyalar və bir neçə fırça qoymasını və yenə bəyənmədikləri yerləri düzəltmələrini xahiş edir. Tələbə kor peşman yenə Ranga Gurunun istəyini hərfi hərfinə etmiş.
Bir neçə gün sonra təəccüblü şəkildə meydana gedir, bir də baxıb görür ki şəkil olduğu kimi durur. Heç kim şəklə toxunmayıb. Şəklinin düzəldiləcək heç bir yerinin olmadığını düşünərək sevinc içində müəllimi Ranga Gurunun yanına gedir. Guru bu vəziyyəti bu şəkildə açıqlamaq qərarına gəlir:
"Sevgili tələbəm, sən ilk şəkildə insanlara fürsət verildiyində nə qədər acımasız bir tənqidçi olduqlarını görmüş oldun. Həyatına bir dəfə belə şəkil çəkməyən insanlar belə gəlib sənin şəklinə bir mız qoydu. Halbuki ikinci şəklində insanlardan hatalarını düzəltmələrini istədin və yanına yağlı boya və fırçanı onlara verdin və onlardan şəkli daha gözəl edə bilmək üçün kömək istədin. Yəni onlardan rəssamlıq etmələrini istədin. Bir şeyi düzəldə bilmək üçün təhsil lazımdır. Kimsə bilmədiyi bir mövzunu düzəltmək üçün vaxt sərf etmədi, fırçanı belə əlinə almağa cəsarət edə bilməyib. Sevgili tələbəm, bunu heç vaxt ağlından çıxarma; sənətində usta olmaq kifayət deyil, eyni zamanda bilgə də olmalısan..."
Ranga Gurunun dediyi kimi konstruktiv tənqid hərkəsin edə biləcəyi bir şey deyil. Tənqid edə bilmək üçün o sahəni yaxşı bilmək lazımdır. Sadəcə işi bilmək də yetməz, düzgün tənqid üçün doğru diaqnoz qoymaq şərtdir. Hər kəs özünü qarşısındakının yerinə qoymağı bacara bilməlidir. Konstruktiv tənqidi qarşındakı şəxsi alçaltmadan, qırmadan edə bilməlidir və onun yararına bir şeyə dönüşdürə bilməlidir.
Bu prizmadan baxası olsaq, facebook bizə yazmaq imkanı verdiyi üçün bilib bilmədiyimiz hər şeyə ağzı burun əyir, tənqid edirik. Amma yazmaq üçün şərtlər, qoysa idi böyük əksəriyyət ümumiyyətlə heçnə yazmazdı.
Mız qoymaqda mahirik. Özü də başımız çıxan və çıxmayan hər şeyə.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ən üst leveldəyik
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Gözəl post idi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkür edirəm
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit