Hamımızın uşağı...

in hive-131355 •  3 years ago 


IMG Url: https://www.hizliresim.com/j0g5l6o

Yenə bu foto çıxdı önümə. Allahım o günlər getsin gəlməsin. Hər etnik müharibə və münaqişə yarananda gözümün önümə bu foto gəlir. Hansı millətdən olursa olsun bu fotonu görəndə "mənim də uşağım ola bilərdi" fikri keçməyən yoxdu. Bəzi regional müharibələr olur. "QARABAĞ" kimi. Yəni adamların dərdi hansısa ərazinin bölüşdürülə bilməməsidir. Bu nisbətən digərlərindən yaxşıdır. Biri qalib gəlir və məsələ həll olur.

Ən pisi siyasi münaqişəli müharibə şəraitidir. İki və ya üç dörd şəxsin arxasından gedən kütlələrin bir biri ilə müharibə etməsidir. Suriya, İraq, Əfqanıstan və AFrikadakı bir neçə ölkə. Hərə özünə bir krallıq qurur və bir ölkənin var olmasının önünü kəsir. Məhz bu cür yerlərdə bu Aylan bəbəyə olanlar yaşanır.

Belə ümumi götürəndə insanoğlu heyvandan daha vəhşi bir canlıdır şüurlu olmasına baxmayaraq. Di gəl ki bu şüurlarıyla belə öz aralarındakı kiçik problemləri həll edə bilmirlər çox təəssüf ki.

Bu uşağın şəklini gördüyüm dəqiqəni çox yaxşı xatırlayıram. Özü də YouTube`da canlı izləmişdim bu videonu. İşdə idim və hönkür hönkür ağlamağ başladım. Uşaqlar narahat olub yanıma gəldilər və baxdığım şeyi görüb ağlamağa başlayan iş yoldaşlarım oldu.

Bəlkə də bu gözəl bala insanlığın gələcəyini qurtaracaq bir şey edəcəkdi amma onun əlindən bu gələcəyi aldılar və yaxud biz aldıq.

Allah ölkəmdə heç kimə bu sonluğu yaşatmasın. HƏr şeyi könlümüzə görə versin inşallah.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Müharibə insanoğlunun özünə etdiyi ən böyük pislikdir...

Necə bir şeydirsə, bir tərəfin üzünü həm güldürür həm ağladır.

Vasif, mən keçən il bu vaxtlar atəşkəs elan olunmadı deyə sevinməyimə çox peşmanam.

Qardaş bax bu hala vəziyyətə, heyvanlıq demək düz deyil. Heyvan belə şey etməz bu əsil elə " insanlıqdı"...