Kişi və Qadın.

in hive-131355 •  3 years ago  (edited)

Kişini qadının tanrısı elan etdikləri gündən qadınlar da özlərini qul kimi aparmağa, öz tanrılarına layiqlə xidmət etməyə başladılar. Özlərini, duyğularını, seçim və istəklərini bir kənara qoyub "tanrı" nəyi bəyənir və nəyi arzu edirsə onu yerinə yetirərək xoşbəxt hiss etməyə çalışdılar. Zaman keçdikcə kəsilən dil, susulan mövzular, ürəkdə qalan istəklər qadını boğmağa başladı. Başladı da amma heç cür illərdir aşılanan şüuraltı mesajdan imtina edə bilmədilər. Kişi olmadan məhv olmuş, bədbəxt və kiçik hiss etdilər özlərini. Özlərini formalaşdıra bilmədikləri üçün tamlanma ehtiyacı olan kişinin varlığına ehtiyac duydular.

IMG-20220520-WA0002.jpg

Bu müştərək həyat olmaqdan çıxıb monarxiyaya çevrildi. Qadın əşya olmaqdan qurtulmadı, kişi də bundan zövq almaqdan. Təbii ki, məsələ kişini silməkdə deyil. Onları heç saymaq, yox bilmək gülməli seçimdir. Məsələ ondadır ki, qadının haqqını yox sayıb bu qədər tanrısallaşdırılmış kişi mövqeyi natarazlıq yaradır. Qadın azadlığı deyilən bir anlayış yoxdur. Qadın sadəcə normal insan kimi həyatını yaşamalıdır. Bunun üçün mitinq, aksiya keçirmək belə fəlakətdir. Qadın kişinin sadəcə əks cinsidir.

IMG-20220520-WA0003.jpg

Heç kim heç kimdən üstün deyil və təəssüf ki, qadınların seçimi tanrısına ibadət olduğu üçün qurunun oduna yaş da yanıb. Hər şeyi "ər" bilən qadınların hər şeyləri də onun ilk diqqətsizliyi, ilk xəyanəti, ilk yoxluğu ilə itib gedir. Heyif ki, bəzən bu gedişlər belə qadına özünü dərk edə bilməyi öyrətmir. Və heyif ki, bunun sevgi olmadığını da çoxusu idrak etmir. Kişi (sevdi və ya sevmədi) qarşısındakı şəxsiyyəti alçaltmaz. Digərlərinin adı nədir onu daha bilmirəm.

IMG-20220520-WA0004.jpg

Sonda isə demək istərdim ki, qadınlarınızı sevin, hörmət edin, onlara daim diqqət və qayğı göstərin.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!