Başlıqsız

in hive-131355 •  3 years ago 

IMG_20211026_194331.jpg
Gecə... Gecənin yeri bir başqadır. Hamı öz yuvasına çəkiləndə şəhər səssizliyə qərq olanda boş küçələrdə axtarır insan özünü. Sorğulayır, etdiklərini və edəcəklərini, nailiyyətlərini, uğursuzluqlarını, məqdədlərini eyni zamanda səbəblərini. Və beləcə bu fikirlərin içində batır.. Oysa ki, onun etdiyi sadəcə düşünməkdir. Elə düşünmək deyilmi bizi məhv edən? Bəzən heç nəyi düşünməməyi, boş verib keçməyi istəyirik. Ancaq nə qədər çalışsaq da yalnız qaldığımızda düşüncələr özü bizi tapır.
IMG_20211026_205046.jpg
Məncə, insan həyatı kitablarda öyrənə bilməz. Kənardan izlədikdə gördüklərimizlə gerçəkdə olanlar tam fərqlidir. Təhsilimiz nə dərəcədə olsa da işə qəbul zamanı praktika tələb olunduğu kimi, bizə öyrədilənlə qarşılaşacaqlarımız də fərqlidir. Gec-tez biz də həqiqətlərlə üzləşirik. Həyat seçimlərdən ibarətdir, seçimlərimizə görə cəmiyətdəki yerimizi tuturuq. Güclü və ya zəif, cəsur və ya qorxaq bir fərd olacağımız bizdən asılıdır. Ancaq unutmaq olmaz ki, təbiətdə zəiflərə yer yoxdur.

"Bazı şeylerden korkacaklarsa yaşamak cesurların hakkı" deyər Fatih Terim...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Elədir . Bu həyatda ya cəsur olub istəklərini əldə edəcəksən ,yada qorxaq olub hər kəsin səni əzməsinə icazə verəcəksən.