sfcharity50pc | Azerbaijani National Dumpling Soup Dusbere by @fatimasabirli

in hive-148497 •  3 years ago  (edited)

Salam əziz Steem Foods ailəsi. Hamınıza xoşbəxt və sağlam gün arzulayıram.

I really appreciate @alikoc07 and steemfoods community

Mən bu gün sizinlə milli mətbəximizin sevilən qış yeməyi, Düşbərə resepti paylaşacam. Bildiyiniz kimi düşbərə "ət" ilə hazırlanır ancaq mən heyvanların insanlar tərəfindən hər sahədə istismarına qarşı olan bir veqan kimi, bu resepti veqan "ət" ilə edəcəm. Bunun üçün mağazamıza yeni gələn "Beyond meat"-dən istifadə edəcəm. İnternetdən Beyond meat haqqında ətraflı məlumat ala bilərsiniz. Keçək reseptə.

IMG-20210918-WA0021.jpg

İnqrediyentlər

XəmirİçlikBulyon
200 qr unBeyon meat1 litr su
yarım ç.q duzQırmızı soğan1 ədəd soğan
50 ml ilıq suNanə qurusu1 ədəd tərəvəz bulyonu

IMG-20210918-WA0002.jpg

Xəmir üçün unu duz ilə qarışdırıb, üzərinə su töküb yaxşıca yoğururuq. Üzərini dəsmalla bağlayıb, keçirik içliyi və bulyonu hazırlamağa

IMG-20210918-WA0005.jpg

IMG-20210918-WA0004.jpg

Soğanı xırda-xırda doğrayıb, veqan"ət"-in üzərinə tökürük və üstünə nanə qurusu səpib, qarışdırırıq

IMG-20210918-WA0003.jpg

IMG-20210918-WA0006.jpg

Sonra xəmiri açırıq və kiçik kvadrat şəklində doğrayırıq

IMG-20210918-WA0007.jpg

Üzərinə hazır içliyi yerləşdirib, bükürük

IMG-20210918-WA0011.jpg

IMG-20210918-WA0008.jpg

IMG-20210918-WA0010.jpg

Bulyon üçün soğanı xırda-xırda doğrayırıq

IMG-20210918-WA0009.jpg

Qazana bitki yağı tökürük

IMG-20210918-WA0019.jpg

Doğranmış soğanı qazana əlavə edirik və tərəvəz bulyonunu əzib tökürük.

IMG-20210918-WA0018.jpg

1 litr suyu da qazana töküb, üzərinə 1ç.q duz əlavə edib qoyuruq qaynamağa

IMG-20210918-WA0012.jpg

Su qaynadıqdan sonra üzərinə hazırladığımız düşbərələri əlavə edib, 10/15 dəqiqə qaynadırıq

IMG-20210918-WA0017.jpg

IMG-20210918-WA0016.jpg

Bişdikdən sonra nuş edirik.

IMG-20210918-WA0013.jpg

Rəcəb dedi ki, heç adi düşbərədən qətiyyən fərqlənmir çünki veqan "ət"-in konsistensiyası eynən adi ət kimidir. Sadəcə bu ət üçün başlar kəsilmir :)

IMG-20210918-WA0015.jpg

Hamınıza gözəl gün arzulayıram, sevgi ilə qalın.

Follow me on Instagram: You can get acquainted with many delicious recipes
safplanet

Sonda, bu prestijli cəmiyyətə @steemfoods@alikoc07 -yə bizə reseptlərimizi öyrənib paylaşa biləcəyimiz bu məkanı təqdim etdikləri üçün təşəkkür etmək istəyirəm.

Bu yazıdan əldə edilən mükafatların 50% -i, ehtiyacı olanlara kömək etmək və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına gedir.

Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

IMG_20210918_125305.jpg

Əllərinizə sağlıq.

Çox təşəkkür edirəm

Hi : @fatimasabirli

Thank you very much for sharing your quality content in detail on the SteemFoods Community. -We gave 40% support to this post on the steemitfoods account. Congratulations ! Keep producing content in the SteemFoods Community. :)

You can support the SteemFoods Community by delegating to the -steemitfoods account. You can quickly delegate using the links below.If you are already delegating,thanks for your support. It is an automatic information message.

Quick Delegation Links:

50SP 100SP 250SP 500SP1000SP2500SP