Hey Steem Foods community.
İlk öncə Ali bəyə sonsuz təşəkkürümü bildirirəm. Çünki bir öncəki "Nestle" contesti vegan olmadığı üçün mən qatıla bilməmişdim. Ali bəyə mesaj yazdım ki, mən ancaq vegan yeməklərin olduğu contestlərə qoşula biləcəm. Daha sonra yeni contestin vegan yeməklər olduğunu gördüyüm də, 7 illik bir veqan kimi çox xoşbəxt oldum. Ali bəyin sayəsində dünyanın bir çox ölkəsindən insanlar, bir günlük vegan olaraq, həm etik qidalandı həm heyvanların qida üçün istismarına yox dedi həm də boşqabına qanlı tikə yox, rəngarəng tərəvəzlər yığdı.
Mən də bu gün sizinlə çox münasib qiymətə başa gələn, vegan steak hazırlayacam. Əslində bu resepti beyond meat ilə də edə bilərdim amma mən hamının rahatlıqla alıb, hazırlaya biləcəyini seitan steykinin reseptini paylaşacam. Həmçinin steykin yanında yaşıl kartof püresi də hazırlayacam.
Lazım olan inqrediyentlər: ( Ingredients)
6 ədəd steyk üçün | Yaşıl kartof püresi üçün |
---|---|
1 kq un | 6 ədəd kartof |
400 ml su | 1 dəstə yaşıl soğan |
1/2 ç.q duz | 2 dəstə ispanaq |
--------------- | 200 ml yulaf südü |
--------------- | Qidalandırıcı maya |
--------------- | Kokos yağı |
--------------- | Duz, istiot, sarımsaq tozu |
Preparation rules (Steak)
•Unu duzla qarışdırın
•Üzərinə su töküb xəmiri yoğurun
Təxminən 30 dəqiqə qalsın
•Daha sonra üzərinə su töküb xəmiri yuyun
Suyun rəngi eynən bu şəkildə olduğu kimi təmiz olana qədər yuyun. Beləliklə unun bütün nişastası gedəcək və sadəcə proteini qalacaq
•Sonra kiçik hissələrə bölün
•Daha sonra tərəvəz bulyonu hazırlayaq. Bunun üçün 1 litr suya, dəfnə yarpağı, 1 ədəd soğan, quru tərəvəz bulyonu, dənə istiot, soya sousu əlavə edib, qoyun qaynasın
•Seitanları qaynayan suya tökün, təxminən 2 saat qaynasın
•Sonra sudan çıxarın, üzərinə tomat pastası yaxın və bitki yağında qızardın
•Pürenin hazırlanması (Puree preparation rules)
•İlk öncə kartofları xırda-xırda doğrayın və üzərinə su töküb qoyun bişməyə
•Yaşıllıqları, bitki südünü və ədviyyatları blender vasitəsilə əzin
•Suyu çəkilmiş kartofun üzərinə kakos yağı və yaşıl sousu töküb, blenderlə əzin
•Daha sonra istədiyiniz şəkildə dekor edin
Gördüyünüz kimi steak yemək üçün heç bir canlının ölümünə ehtiyac yoxdur, sadə evdə olan tərəvəzlərdən çox dadlı steak və gözəl yeməklər hazırlamaq mümkündür.
As you can see, there is no need to kill any living thing to eat steak, it is possible to prepare very tasty steak and beautiful dishes from simple home vegetables
Belə əziz dostlar, hamınıza gözəl günlər arzulayıram❣️
Good luck to everyone, Enjoy your life
Follow me on Instagram: You can get acquainted with many delicious recipes
safplanet
Follow me on YouTube:
safplanet
Follow me on D.Tube:
safplanet
Sonda, bu prestijli cəmiyyətə @steemfoods və @alikoc07 -yə bizə reseptlərimizi öyrənib paylaşa biləcəyimiz bu məkanı təqdim etdikləri üçün təşəkkür etmək istəyirəm.
Bu yazıdan əldə edilən mükafatların 20% -i, ehtiyacı olanlara kömək etmək və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına gedir.
Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib
About the Author
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Dəyərli Fatimə xanım hazırladığınız vegan yeməklərini paylaşaraq insanlara ətdən uzaq daha sağlam bir qidalanma üçün rasyon göstərirsiniz. Təklif edərdim ki, əziyyət olsa da istifadə olunan məhsulların qida dəyərini həmçimin vitamin tərkibini ifadə edəcək cədvəl də əlavə edəsiniz. Beləliklə daha çox fayda vermiş olarsınız.
Bu yeməyinizdə sağlam görmədiyim və bu xüsusa diqqətkə yanaşdığım əsas durum steakların üstünündə yanmış izlərin olmasıdır.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox təşəkkür edirəm Famil bəy. Yaxşı, rəyinizi nəzərə alacam. Əslində bu resept heç faydalı deyil ( püreni çıxmaq şərtilə) . Mən bu reseptlə göstərməyə çalışdım ki, steak yemək üçün heyvana şiddət göstərib, hisslərini önəmsəməyib qətl edərək, cəsədini bişirməyə ehtiyac yoxdur. Sadə un( daha doğrusu qlüten) ilə də ətin alternativini hazırlamaq olur. Əslində mən daha çox beyond meat -dən istifadə edirəm. Amma burda ən ucuz, ən rahat alternativ paylaşmaq istədim.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Qulitenli? Tam zərərdən qaçmaq çox çətndir. İsyərdim elə bir kompyüter proqramı ya çihaz olsun ki, bədənimizin vitamin və mineral ehtiyacını nizamlyacaq qida rasyonunu kkal ilə maddi enerjinin nə qədər lazım olduğunu bildirsin. Sağlam və xoşbəxt yaşamağın yeganə yolu bədənin ehtiyac duyduğunu lazımlı şeyləri təmin edə bilməkdir deyə düşünürəm.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
İş orasındadır ki, biz bədənimizin ehtiyacı olanı yox, beynimizin istədiyini yeyirik. O isə bizə aldadır "ləzzətlidir" adı ilə bizə faydasız yeməkləri yeməyə məcbur edir.
Və kaşki dediyiniz sistem olardı :)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox fərqli resept oldu mənim üçün. Xəmirin yuyulmasını da ilk dəfə gördüm)
Əllərinizə sağlıq, Steemit Azərbaycanın ən gözəl aşpazı 💖👏👍😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Can, çox təşəkkür edirəm Ceylan xanım, gözəl rəyiniz üçün minnətdaram.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hello : @fatimasabirli
Your participation in the contest I organized with the #steemfoods-vegan tag has been successfully approved. Thank you very much for sharing your delicious and creative Vegan Recipe that you prepared without using animal food in the SteemFoods Community in detail. Keep participating in the competitions I organize in the SteemFoods Community. :)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you! For making everyone vegan on this platform. 🌱
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Möhtəşəm 👏
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Can, çox təşəkkür edirəm gözəlim
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hello : @fatimasabirli
Thank you very much for sharing the delicious and creative vegan recipe you prepared for the competition in the SteemFoods Community in detail. We will vote for this post with one of the booming accounts. :)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit