Bu mövzu çoxlarına nə qədər tanış olasa da bir o qədər də yaddır. Səbəb isə gündəlik həyatımızda dostlarımızda, tanışlarımızda, valideyinlərimizə həmçinin özümüzdə olan ət xalına sadə dərdən bir çıxıntı və ya doğuşdan bir necə deyərlər defekt kimi qəbul edib bu virusla yaşamağımızdı. Virus? Bəli, ət xalı HPV yani human papilloma virus adı verilən virus tərəfindən yaranan dəridə bəzən çox kiçik bəzəndə çox böyük xal kimi görünən virus kaloniyasıdır. Əgər sizdə bu virus varsa bilməlisiniz ki, bu virusun bir neçə növü var yalnız 2 növü rak xəstəliyinə yol aça bilir. Hə pis xəbərdi!. Yaxşı xəbər isə odur ki, bu virus dünya əhalisinin demək olar ki 75% də görülməkdədir. Virusun əsas təhlükəli olanları isə cinsi əlaqə ilə keçənlərdir.
DİQQƏT! Hətta preservativlər belə sizi bu viruslardan qoruya bilməz!.Aydın məsələdir ki, 20 yaşına çatmış hər bir oğlan ən azı bir qadinla münasibədə olmuşdur. Bu fakt bəziləri üçün aksioma, bəziləri üçün isə teoriya ola bilər. Nəsə qayıdaq mövzuya. Sual verəcəksiniz ki, bəs necə bilim ki, məndə bu virus var yoxsa yox? Bundan necə müalicə olmaq olar? Ən ənəmə sadiq qalaraq öncə pis xəbərdən başlamaq istərdim. Bu virusun daşıyıcısı olub oladığını dərinizdən şiş şəklində çıxmayınca bilə bilməzsiniz. Bəs mualicə? İnternetdə kiçik bir axtarış aparsanız anlayatsınız ki, ümumiyyətlə virusu öldürən heç bir dərman vasitəsi yoxdur! Gələcəkdə olub olmayacağını bilmirəm amma hələlik bu mümkünsüz görünür.Sizi pis xəbərlərlə kefinizi bir az daha korlamaq istəmirəm və ona görə yaxşı xəbərlərə keçim.
Qanınızı qaraltmayın
Bildiyiniz kimi hər bir bədənin immunitet deyilən bir mexanizmi var. Bu mexanizm bədəni yad cisimlərdən və canlılardan qorumaq məqsədi daşıyır. Əgər sizin güclü bir immun siteminiz varsa və bədənizə hər hansı bir virus giribsə sizin immun sisteminiz bu virusla mübarizə apararaq onu öldürəcək. Sizin immun siteminiz spesifik olaraq düşən virus üçün antibody adlanan xüsusi protein istehsal edərək bu virusu önləyəcək və deaktivləşdirəcək. Düşünün ki, immun siteminiz təhlükəsizlik polisləridir və bədəninizdəki hansısa bir hüceyrə virusa yoluxarkən bu virusun bütün xarakteriztikalarını başqa sözlə desək şəklini polisə xəbər verir. Nəticədə isə polis lazımı tədbirlər görür və necə deyərlər cinayətkarı həbs edir. Əlbəttə bəzən elə olur ki, cinayətkarlarla polislər belə bacara bilmir həmçinin bu sizin immun sisteminizə də aiddir. Belə viruslara misal olaraq hamının çox yaxşı tanıdığı SPİD (HİV, AİDS) virusuni misal göstərə bilərik ki, hansı ki çoxalması ancaq immun hüceyrələrini yoluxdurmaqla gedir və nəticədə sizin immun sisteminizi zəyiflədir. Nəsə bu başqa mövzudur sadəcə sizə ümumi sistemin necə işlədiyini qısa olaraq başa salamğa çalşdım.İmmun sistemini necə gücləndirə bilərik ?Çox sadə sağıam həyat tərzi və qida! No Mcdonalds, No donər, NO FAST FOOD! Əgər sağlam qidalarla maraqlansanız gələcək postlarımda müxtəlif reseptlər paylaşa bilərəm.Yenə qayıdaq HPV-ə (ət xalı). Sözüz ki, sizə hər şeydən öncə həkim məsləhəti lazımdır. Həkim mövzusunun isə özü elə bu virus kimi problemdir. Bizim həkimlər gələn xəstəni öncə qorxudub onu auraya salıb sonra sağma mexanizmini çoxdandan mənimsəyiblər və bu virus da o istisnalardan deyil (xüsusi ilə cinsi organinizda bu virus varsa).
Müalicəsi çox sadə üsulla aparılır. Sizə öncə imunnomodulyator tipli dərman verib immunitet sisteminizi aktivləşdirməyə çalışacaqlar.
Qeyd: bu üsul yalnız post soviet ölkələrində istifadə edilir. Bir neçə həftədən sonra isə xallar xüsusi kislata, nitrogen, və ya lazerlə yandırılıb götürüləcək. Həkimlərin ən çox istifadə etdiyi metod isə kislatadır.
Növəti Qeyd: əgər sizdə bu xal varsa başa düşün ki o infeksiya ocağıdır və çalışın bədəninizin digər hissələrini kontaktdan uzaq tutun!Və sonda onu demək istəyirəm ki, bu post məlumat xarakterlidir və sözsüz hər şeyin ən yaxşısını həkimlər bilir!
Hi! I am a robot. I just upvoted you! I found similar content that readers might be interested in:
https://gezgorbil.wordpress.com/2014/07/27/papiloma-%c9%99t-xali/
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes this is my content as as well :)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations @mirhrt! You received a personal award!
Click here to view your Board
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations @mirhrt! You received a personal award!
You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking
Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit